NATO-dan Avropa Birliyinə dəstək: Belarus quldurluq etdi

“Avropa Birliyinin Belarusa hava məkanını bağlamasına dəstək veririk”.

Metbuat.az xəbər verir ki, NATO-nun Baş katib Yens Stoltenberq belə açıqlama verib. O bildirib ki, Belarusun davranışı dövlət quldurluğudur və demokratik dəyərlərə hücum etdiyinin sübutudur.

Xatırladaq ki, Afinadan Vilnüsə uçan təyyarə bomba təhlükəsi bəhanəsilə qırıcının müşayəti ilə Minskə endirilib. Lakin sonradan məlum olub ki, əslində təyyarənin endirilməsində məqsəd sərnişinlər arasında olan Belarus müxalifətçi Roman Protaseviçi həbs etməkdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR