Bakıda küçələrdə sıxlıq var: avtobuslar gecikir -

Sıxlıq olan küçə və prospektlərdə ekspress və müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkətində çətinliklər var.

Metbuat.az xəbər verir ki, hərəkətin intervalında gecikmələr müşahidə edilir.

Sıxlıq olan ərazilər:

Ziya Bünyadov prospekti - 20 yanvar dairəsi istiqamətində Bakı Olimpiya Stadionundan başlayaraq Atatürk prospekti ilə kəsişməyədək;

Heydər Əliyev prospekti - Mərkəz istiqamətində əsas və köməkçi yolda sıxlıq;

8 noyabr prospekti - Mərkəz istiqamətində Ramiz Quliyev küçəsi ilə kəsişmədən Süleyman Əhmədov küçəsi ilə kəsişməyədək sıxlıq;

A.Salamzadə küçəsi - Z.Bünyadov prospekti istiqamətində Tbilisi prospekti ilə kəsişmədən körpünün üzərindən başlayaraq tunelədək sıxlıq;

Yusif Səfərov küçəsi - Xocalı prospekti ilə kəsişmədən başlayaraq Heydər Əliyev prospekti istiqamətində sıxlıq;

Aeroport şossesi - Mərkəz istiqamətində Ramana körpüsündən başlayaraq Sabunçu körpüsünədək sıxlıq;

Rəşid Behbudov küçəsi - Zərifə Əliyeva küçəsi ilə kəsişmədən Mərkəzi bankın qarşısınadək sıxlıq;

Moskva prospekti - 20 yanvar dairəsi istiqamətindən Avtovağzalın qarşısınadək sıxlıq.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR