Lukaşenko iddialara cavab verdi

“Sərnişin təyyarəsinə bomba qoyulması ilə bağlı xəbər İsveçrədən gəldi.Təyyarə Belarus nüvə stansiyasının yaxınlığından geri qaytarıldı”.

Metbuat.az xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko Minskə endirilən sərnişin təyyarəsi barədə danışarkən belə deyib. Lukaşenko ölkəsinə qarşı bir neçə istiqamətdə təhlükələrin olduğunu bildirib.

Xatırladaq ki, Afinadan Vilnüsə uçan təyyarə bomba təhlükəsi bəhanəsilə qırıcının müşayəti ilə Minskə endirilib. Lakin sonradan məlum olub ki, əslində təyyarənin endirilməsində məqsəd sərnişinlər arasında olan Belarus müxalifətçi Roman Protaseviçi həbs etməkdir.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR