Avropa Birliyi Belarusa qarşı iqtisadi sanksiyaları nəzərdən keçirir.
Metbuat.az xəbər verir ki, bununla bağlı məsələ Portuqaliyada keçirilən Avropa Birliyinin qeyri-rəsmi görüşündə gündəmə gəlib. Bildirilir ki, diplomatlar Belarusu cəzalandırmaqda qərarlıdır. Avropa Birliyi Minsklə hava nəqliyyat əlaqəsini artıq dayandırıb.
Xatırladaq ki, Afinadan Vilnüsə uçan təyyarə bomba təhlükəsi bəhanəsilə qırıcının müşayəti ilə Minskə endirilib. Lakin sonradan məlum olub ki, əslində təyyarənin endirilməsində məqsəd sərnişinlər arasında olan Belarus müxalifətçi Roman Protaseviçi həbs etməkdir.
Anar Türkeş / Metbuat.az