"Çelsi" Çempionlar Liqasının qalibi oldu -

Futbol üzrə UEFA Çempionlar Liqasında 2020/21 mövsümünün qalibi müəyyənləşib.

Metbuat.az xəbər verir ki, həlledici matçda İngiltərənin “Mançester Siti” və “Çelsi” komandaları üz-üzə gəlib.

Portuqaliyanın Portu şəhərindəki “Draqao” stadionunda keçirilən qarşılaşmanın taleyini bir qol həll edib. “Çelsi”nin futbolçusu Havertsin 42-ci dəqiqədə vurduğu qol London təmsilçisinə 1:0 hesablı qələbə qazandırıb.

Bununla da “zadəganlar” Çempionlar Liqasının qalibi olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR