21 il əvvəl Qarabağ münaqişəsinin həllinə BU ÖLKƏ mane olub –

Məğlubiyyət Ermənistanı reallıqlarla danışmağa sövq edir”.

Bu fikirləri Metbuat.az-a politoloq Elman Vəliyev Ermənistanın baş naziri Nikol Paşinyandan öncəki prezidentlərin uğursuz siyasətinə işarə edərək bildirib. Onun sözlərinə görə, Ermənistan tərəfi “Dənizdən dənizə böyük Ermənistan” iddiası ilə yaşayırdı. Amma görünən indiki mənzərə onu deməyə əsas verir ki, uçurumun dibində olan Ermənistanın keçmiş siyasi elitasının səhvləri çox olub.


“Bu “Böyük Ermənistan” Azərbaycanın qərb torpaqlarını, Naxçıvanı və Türkiyənin bir neçə(xüsusilə dənizə çıxışı olan ərazilərini əsasəndə Trabzon) ərazilərini əhatə etməliydi. Ermənistanın ilk prezidenti Levon Ter Petrosyan 44 günlük müharibədən sonra bir neçə reallıq barədə danışıb. Petrosyan Türkiyə və Azərbaycanla münasibətləri korlamağın əleyhinə işləyəcəyini bildirib. Petrosyan deyir ki, Azərbaycan tərəfi zamanı düzgün qiymətləndirdi. İqtisadiyyatını, ordusunu gücləndirdi. Petrosyan münaqişə dönəmində Azərbaycanla kompromisə getməyin tərəfdarı idi, amma təzyiqlər buna imkan vermədi. Əlbəttə ki, bu proseslərdə Ermənistanın havadarlarının, rolu böyükdür. Petrosyan Lissabon sammitindən, münaqişənin həlli üçün ATƏT-in Minsk qrupunun təkliflərindən də danışıb. “Mərhələli həll” prosesindən danışan Petrosyan buna razı olduğunu bildirib. Deyir ki, buna razı olsaydıq indi bu vəziyyətdə olmazdıq. Bu həldə bufer zona yaradılır, sülhməramlılar yerləşdirilir, Laçın dəhlizi 22 km olmaqla Ermənistana verilirdi. Bununla razılaşa bilməzdik və razılaşmadıq da“.

Politoloq bildirdi ki, Petrosyan deyir ki, Lissabon sammitində qəbul olunan qərara təkcə biz etiraz etdik. 1996-cı ildə keçirlən bu sammitdəki qərara əsasaən Azərbaycanın ərazi bütövlüyü tanınır və Dağlıq Qarabağ Azərbaycanın tərkibində geniş muxtariyyət qazanacaqdır. 50-dən çox dövlət bununla razılaşdı. Bunların razılaşmasına səbəb Əsrin müqaviləsinin də təsiri böyükdür. 1994-cü ildə imzalanan bu müqavilə ilə Azərbaycanla münasibətlər yumşalmağa başladı.

“8 dövlətin(Azərbaycan, Türkiyə, ABŞ, Böyük Britaniya, Rusiya, Yaponiya, Norveç, Səudiyya Ərəbistanı) imzaladığı bu müqavilə Azərbaycanın inkişafında kuliminasiya nöqtəsi oldu. Fransanın burdan pay ala bilməməsi erməniyə havadar durmasına təkan verən səbəblərindən biridir. Petrosyan “Böyük Ermənistan” xəyallarından əl çəkməyin lazım olduğunu bildirib. Petrosyan Qarabağ münaqişəsində Türkiyənin rolundan da danışıb. Deyir ki, Türkiyə Ermənistanla münasibətləri mülayim bir sferada aparmağın tərəfdarı idi. Qarabağ müharibəsi başlayana kimi Türkiyə ilə Ermənistan sərhədləri açıq idi(1993-ə kimi).

O zaman Baş Nazir olmuş Süleyman Dəmirəlin Ermənistana 67 min ton buğda yardım etdiyi də məlumdur. Hətta mərhum prezident Əbülfəz Əliyev də müsahibələrin birində Türkiyədən helikopter istədiyini amma vermədiyini bildirmişdi. Türkiyə 1990-cı illərdə çətin bir vəziyyətdə idi. Daxili qarşıdurmalar, xarici təzyiqlər, iqtisadi problemlər qara bulud kimi başının üstün almışdı. Ermənilərə havadar duran dövlətlər Türkiyəni Ermənistanla münasibətləri pozmamağa təhrik edirdilər. Bunda əsas pay ABŞ-a məxsusdur. Türkiyənin bir NATO ölkəsi olduğunu, ABŞ-a bir xeyli borcu olduğunu , ABŞ-a məxsus 16 hərbi bazanın ərazisində yerləşdiyini nəzərə alsaq Türkiyənin yanlış bir siyasi addımla böyük təhlükə ilə üzləşəcəyini düşünə bilərik. Siyasi baxımdan Azərbaycana yardımı özü üçün böyük təhlükə idi. Amma 44 günlük müharibədə Türkiyə öz yardımlarını əsirgəmədi. Bu müharibədə nə 90-cı illərdəki Türkiyə, nə də Azərbaycan var idi. Burada artıq supergüc olmaq yolunda addımlayan Türkiyə və inkişaf etməkdə olan Azərbaycan var idi”.

Elman Vəliyev Ermənistanın ikinci prezidenti olan Robert Koçaryan da məğlubiyyətdən sonra müsahibə verdiyini bildirərək, onun Rusiyapərəst adam olduğunu və müsahibədə də çıxış yolunu Rusiya vasitəsilə olacağını qeyd etdi. Onun sözlərinə görə, Ermənistan xalqı anlayır ki, bu da çıxış yolu deyil, Rusiya Ermənistana vassal kimi baxır.

“Koçaryanın dövründə münaqişənin həlli üçün “Madrid prinsipləri” irəli sürülmüşdü. Prinsipə əsasən Ermənistan qüvvələri mərhələli şəkildə çıxmalı, Dağlıq Qarabağ ətrafı Azərbaycana verilməli, Laçın dəhlizi ermənilərin Dağlıq Qarabağla əlaqəsini təmin eməli, sülhməramlılar yerləşdirilməli (bu rusiyanın 90-cı illərdəki təklifi idi və bunu reallaşdırmaq üçün bir çox siyasi manevrlər işlətdi və niyyətinə çatdı. Yəni sülhməramlı qismində başqasının yer almamasına çalışrdı) əsas maddə isə Dağlıq Qarabağın statusu referendum əsasında müəyyən edilməliyidi. Amma Azərbaycan tərəfi buna razı olmamışdı. Çünki referendum keçirilsə, Ermənistan tərəfi qalib gələcək və statusu müəyyən edəcəkdilər. Azərbaycan tərəfi Azərbaycanın tərkibində muxtariyyət verilməsi ilə razılaşacağını bildirdi, amma buna da Koçaryan hakimiyyəti razı olmadı”.

3-cü Prezident olan Serj Sarksiyan da eyni mövqeydə yolunu davam etdirib. O da müsahibə verərək özünü təmizə çıxartmaq məqsədi ilə bildirir ki, guya, bunun dövründə belə çətin situasiya olmamışdı. Günahkar Nikol Paşinyandır...

“Qarabağ klanından olan Sarksiyan Ermənistanıməğlubiyyətə düçar edənlərdəndir. Sülh yolu ilə ərazilərin geri qaytarılmasını təklif edəndə o bunu qəbul etməmişdi. Sarksiyan şərt qoyaraq kompramisə gedə biləcəyini bildirmişdi. Əgər Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyin etmə hüququnu tanıyarsa, Dağlıq Qarabağın Ermənistanla quru sərhədi olarsa, beynəlxalq təşkilatlar və aparıcı dövlətlər Dağlıq Qarabağ camaatının təhlükəsizliyini təmin edərsə, Dağlıq Qarabağ münaqişəsinin həlli mümkündür. Lakin Azərbaycan tərəfi buna razı olmadığını bildirdi. Çünki razı olsa idi, Dağlıq Qarabağ əldən çıxa bilərdi.

Sarkisyanın dövründə “yenilənmiş Madrid prinsipləri” qəbul olunmuşdu. Əvvəlki prinsiplə bunun az fərqi var idi. Bu fərqləri qeyd etmək istəyirəm.

Əvvəlkində Ermənistan silahlı qüvvələrininin Azərbaycanın işğal olunmuş ərazilərdən mərhələli çıxarılması lazım idi, təzələnmişdə mərhələli anlayışı yox idi. Digər yandan köhnədə Dağlıq Qarabağın yekun statusunun referendum yolu ilə təyin edilməsi göstərilirdisə, təzələnmişdə “yekun status” ifadəsinin yerini iradənin hüquqi yolla ifadə edilməsi əvəzləmişdi. Yəni Dağlıq Qarabağın əhalisinin iradəsindən asılıdır. Onlar statusu müəyyən edərsə, bu da hüquq çərçivəsində düzgün bir foma olaraq yerinə yetirilməlidir.

Göründüyü kimi, Ermənistanı uçurumun kənarına gətirən 4 rəhbərin hamısının günahı var. Lakin bunların içərisində Ermənistan xalqı üçün ən yaxşı alternativ Paşinyandır. Gördülər ki, ölkə çətin vəziyyətdə, məhvə doğru gedir, xalq günahkarı axtarır media qarşısına keçib özlərini təmizə çıxartmağa çalışırlar. Lakin buna baxmayaraq ölkənin xilası əvəzinə yenidən hakimiyyət uğrunda çəkişmələr edirlər. Qalib gəlmək üçün günahı bir-birlərinin üzərinə atırlar. Petrosyanla Paşinyan çıxış yolunu kompromisə getməkdə, şərtləri qəbul etməkdə, Türkiyə ilə münasibətləri yumşaltmaqda görür. Sadəcə Paşinyan onu ittiham edənlərin ucbatından seçkini uduzmaqdan qorxur. Cəbhədə təxribatlar törədərək, ölkə daxilində ixtişaşlar yaradaraq Paşinyanın legitimliyini aşağı salmağa səy göstərirlər”.

Siyasi şərhçi deyir ki, bu işdə Qarabağ klanın rolu böyükdür. Əgər yenidən qalib gəlsə, Zəngəzur dəhlizinin açılmasını, hətta Türkiyə ilə sərhəd probleminin müzakirələrini dilə gətirəcək. Müharibədən sonrakı vəziyyət bizə mərhələli həldəki, Madrid prinsiplərindəki formatı xatırladır. Amma fərqli məqamlar var.

“İlk öncə qeyd edək ki, bu proselərdə Rusiyadan və Türkiyədən başqa dövlətlər yer ala bilmədi. Sülhməramlılar 5 il müddətində qalacaq. (vaxtı çatanda sülhməramlıların missiyasının bitməsini təmin edə bilərik) Referendum və ya iradənin hüquqi yolu yer almayıb. Laçın dəhlizi 22 km deyil 5 kmdir. Dağlıq Qarabağda erməni dili deyil , Azərbaycan dili rəsmidir. Ermənilər Azərbaycanın qayda-qanunları çərçivəsində bu ərazilərdə yaşaya bilər. Zaman yetişəndə isə Xankəndi, Xacalı, Xocavənd də öz sahibinin idarə sahəsinə daxil olacaq”.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR