Ermənistan xarici işlər nazirinin müavini Qaqik Xalaçyan istefa verib.
Metbuat.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Anna Naqdalyan bildirib.
A.Naqdalyan özü də tutduğu vəzifədən istefa verdiyini açıqlayıb.
Qeyd edək ki, bir müddət əvvəl Ermənistanın xarici işlər naziri Ara Ayvazyan da istefa verib.