"Samsung" öz qabaqcıl smartfonlarında kameralarla bağlı

“Samsung” şirkəti öz qabaqcıl smartfonlarının kamerasındakı kritik problemi aradan qaldıracağına dair söz verib. Bu haqda “SamMobile” nəşri məlumat verib.

Metbuat.az “ICTnews”a istinadən xəbər verir ki, Cənubi Koreya şirkətinin nümayəndəsi “Samsung”un rəsmi forumunda istifadəçilərə cavab olaraq deyib ki, korporasiya problem haqqında məlumatlıdır və onu aradan qaldırmağa çalışır. Nasazlıq “Galaxy S21” aktual seriyasına məxsus aparatların kamera tətbiqinin işi ilə bağlıdır. Bəzi hallarda tətbiq çox ləng işləyir, bir qayda olaraq, nasazlıq şəklin böyüdülməsi və portret rejimində yaranır.

Şirkətin elan etdiyi təhlükəsizlik paketi ilə birgə düzəlişlər dəsti iyuna planlaşdırılıb. Yeniləmələrin alınması qrafiki konkret regiondan asılı olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR