Virusu simptomsuz keçirənlər peyvənd oluna bilərmi? –

Koronanı simptomsuz keçirdiyi üçün test nəticəsi olmayan və adı sistemə düşməyən şəxslər də peyvənd oluna bilər

Metbuat.az xəbər verir ki, bunu ARB24-ün “Nə baş verir?” verilişinə açıqlamasında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov deyib. O bildirib ki, həmin şəxslərdə immunitet olsa belə, peyvənd vurulmasının əks təsiri yoxdur:

“Əgər heç vaxt test verməyiblərsə, sistemdə adları olmayıbsa və düşünürlərsə, korona keçiriblər o zaman istənilən vaxtı müraciət edib, vaksinasiya oluna bilərlər. Bunun əks göstərişləri yoxdur. Ölkədə 4 fərqli peyvənd var. Hansını istəsələr ondan istifadə edə bilər”.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR