Avropa Birliyindən sərt qərar: Belarus sərt sanksiyaların astanasında

Avropa Birliyi Minskə zorla endirilən sərnişin təyyarəsinə görə Belarusa sərt iqtisadi sanksiyalar tətbiq etməyi nəzərdən keçirir.

Metbuat.az xəbər verir ki, hədəfdə Belarus iqtisadiyyatının əsas gəlir sahələri var. Həmçinin siyahıda Belarusdan olan 80 önəmli rəsmi var. Qadağalar hərbi sahəni də əhatə edə bilər.

Xatırladaq ki, Afinadan Vilnüsə uçan təyyarə bomba təhlükəsi bəhanəsilə qırıcının müşayəti ilə Minskə endirilib. Lakin sonradan məlum olub ki, əslində təyyarənin endirilməsində məqsəd sərnişinlər arasında olan Belarus müxalifətçi Roman Protaseviçi həbs etməkdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR