Ərdoğan: Bunu edən ilk mən oldum

“Türkiyə 2200 ildən çox keçmişi ilə dünyanın ən köklü dövlətlərindən biridir”.

Metbuat.az xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin dünyada gördüyü işlərdən danışarkən belə deyib. O bildirib ki, Türkiyə digər regionlarda olduğu kimi Afrika dövlətləri ilə də əməkdaşlığa böyük önəm verir:

“2008 və 2014-cü illərdə olmaqla Türkiyədə iki dəfə Türkiyə-Afrika Əməkdaşlıq zirvəsini təşkil etdik. 28 Afrika ölkəsinə səfər etdim. Somaliya 10 il əvvəl həyat yoldaşımla getdim. Bununla da, Somaliya səfər edən ilk dünya lideri oldum. Afro-Avrasiya ölkəsi olan Türkiyənin 3 qitəni əhatə edən geniş əməkdaşlıq baxışı var”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR