Dənizdəki dəhşətli yanğının səbəbi məlum oldu: Qaz sızıb -

4 gün əvvəl Meksika körfəzində baş verən dəhşətli yanğının səbəbi məlum olub.

Metbuat.az xəbər verir ki, araşdırmalara görə, ildırım çaxması zamanı suyun dibindən keçən boru xəttindən qaz sızıb. Sızan qaz suyun səthinə yaxınlaşanda əraziyə ildırım düşüb və güclü yanğın baş verib.

Qeyd edək ki, şiddətli yağış və yanğın səbəbilə ərazidəki neft stansiyaları fəaliyyətini dayandırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR