Evinə sui-qəsd təşkil edilən Haiti prezidenti Jovenel Moizin həyat yoldaşı Martin Moiz aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Metbuat.az xəbər verir ki, bu barədə məlumatı “RİA-novosti” yayıb.

Xatırladaq ki, Haiti Prezidenti Jovenel Moiz çərşənbə axşamı gecə saatlarında yaşadığı şəxsi iqamətgahda naməlum şəsxlər tərəfindən güllələnərək öldürülüb.