Qətlə yetirilən prezidentin açıqlamaları üzə çıxdı:

Haiti prezidenti Jovenel Moizin qətlə yetirilməsindən sonra onun bir müddət əvvəl verdiyi açıqlamalar gündəmə gəlib.

Metbuat.az xəbər verir ki, o açıqlamasında həyatı üçün təhlükə olduğunu dolayısı ilə sui-qəsdə məruz qala biləcəyini ifadə etmişdi. “Həyatıma yönəlik təhlükə var. 2020-ci ilin noyabr ayından bəri hazırlanan bir planı ifşa etmişik və hadisə ilə bağlı 20 nəfər saxlanılıb” - deyə dövlət başçısı açıqlamışdı. Lakin o planın detalları barədə məlumat verməmişdi.

Qeyd edək ki, Haiti prezidenti və onun həyat yoldaşı öz evində qətlə yetirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR