Koronavirus bitmədən yeni kabus -

İstanbul Avcılarda vətəndaşlar ağcaqanadlar səbəb ilə qorxulu vəziyyətdə yaşayırlar.

Avcılar Yeşilkent məhlə sakinləri yaxınlarda yerləşən dərə səbəbi ilə ağcaqanadların artdığını və dişlədiyi uşaqlarda yaralar yarandığını bildiriblər:

"Ağcaqanadlar bir çox məhləyə yayılıb. Zəhərli ağcaqanadlardır deyə düşünürük. Keçən il bu qədər deyildi. Dişləyən uşaqlarda yaralar, iltihablar yaranıb. 2 gündür uşağım gəzə bilmir. Bəlkə də zəhərlidir. Əgər gəzə bilməsə, həkimə aparacağam. Böyükləri dişlədiyi zaman belə olmur. Arı kimi hər tərəfdə uçuşurlar, ölçüsü də böyükdür. Dişlədikləri zaman çiban kimi yara yaranır. Qorxumuzdan pəncələri aça bilmirik. Dişlədiyi zaman yeri qıpqırmızı olur. Uşaqlarımızı güc-bəla ilə qoruyuruq. İlk dəfə çıxdığı zaman kiçik idi. Getdikcə böyüyür".

Həkimlər isə qeyd ediblər ki, ciddi yaralara səbəb olursa, mütləq həkimə getmək lazımdır:
"Zəhərli olub-olmamasından asılı olmayaraq dişlədiyi zaman orqanizmdə bakteriya yaradır. Bu yaraları yaradan bir çox infeksiyalar var. Xalq arasında Şərq çibanı deyilən yumşaq dolu infeksiya yaradan xəstəliklər var. Buaradakı təhlükə dəridə yaratdığı yaralardır".



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR