Rusiya Dumasının Təhlükəsizlik komitəsinin nümayəndəsi Adalbi Şaqoşev Yunanıstana məxsus hərbi gəminin Qara dənizə daxil olmasına münasibət bildirib.
Metbuat.az xəbər verir ki, onun sözlərinə görə, yunan gəmisinin bölgəyə gəlməsinin əhəmiyyəti yoxdur. Şaqoşev bildirib ki, Afina mətbuatda rezonans yaratmaq üçün belə addım atıb.