"Neftçi" "Olimpiakos" matçının saatı və hakimləri

"Neftçi"nin Yunanıstan "Olimpiakos"una qarşı UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununa təyinatlar açıqlanıb.

Metbuat.az xəbər verir ki, iyulun 28-də Bakıda oynanılacaq matç ispaniyalı hakimlər briqadasına həvalə olunub. Görüşün referisi Rikardo de Burqosa yan xətt hakimləri Roberto del Palomar, Yon Nunyes köməklik göstərəcklər. Dördüncü hakim funksiyasını isə Adrian Kordero yerinə yetirəcək.

"Bakcell Arena"da gerçəkləşəcək oyun saat 21:00-da başlayacaq.

Qeyd edək ki, komandalar arasında ilk görüş isə iyulun 21-də Yunanıstanda olacaq. Həmin qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR