Qəbul imtahanlarının nəticələri bu tarixlərdə

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 15 iyulda keçirilən II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının nəticələrinin elan olunacağı vaxt açıqlanıb.

DİM-dən Metbuat.az-a verilən məlumata görə, iyulun 16-dən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.

İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)