Xüsusi bacarığı ilə hər kəsi heyrətləndirən gənc qirayətçi Aysu Türkel -

Xüsusi vətənpərvərliyi ilə seçilən gənc qirayətçi Aysu Türkel 1 aprel 2006-cı ildə Rusiya Federasiyasının Moskva şəhərində anadan olub.

Metbuat.az-ın bölgə müxbiri xəbər verir ki, o, əslən Göyçayın Çərəkə kəndindəndir. 2012-ci ildə Bakı şəhəri, Sabunçu rayonu 311 nömrəli məktəbin 1-ci sinfinə daxil olub. Onun anası müəllimə olduğu üçün Aysuya 5 yaşında oxuyub yazmağı öyrədib və o da 5 yaşından tam oxuyub yazmağı bacarıb. Şəhid məzarları üzərində səsləndirdiyi və müəllifi olduğu şeirləri ilə hər kəsin marağını cəlb edib. O, həmyaşıdlarından xüsusi vətənpərvərliyi və bacarığı ilə seçilir.

Hələ 4 yaşından hərbiyə marağı olub. Televiziya kanallarında daim hərbi verlişləri izləyib. Hər zaman televiziyada Xocalı faciəsindən, 20 Yanvar qırğınından danışılanda ürəyindəki vətən eşqi bir qədərdə artıq alovlanır, düşmənə nifrəti isə hədsiz dərəcədə artırdı. Hər zaman düşünürdü ki, "Kaş bütün torpaqlarımız azad edilə, orada 3 rəngli bayrağımız dalğalana." İllər keçdikcə, böyüdükcə ürəyində alovlanan vətən sevgisidə böyüyürdü. Artıq 8 yaşından vətənpərvər şeirlər vasitəsilə vətən sevgisini biruzə etdirməyi bacardı. 2-ci sinifdən kiçik həcmli şeir və hekayələr yazmağa başlayıb. Daim yazıları və səsləndirdiyi şeirlərlə hər kəsin diqqətini çəkməyi bacarıb. Bütün əsərləri vətən həsrəti, yurd sevgisi, türkçülük mövzusunda olub. Təhsilində və yaradıcılığında uğurla addımladığına görə çox sayda diplomlarla təltif olunub. 2018-ci ildə yüksək səviyyəli, tarixçi alimlərin də iştirak etdiyi tədbirdə "Ayağa dur Azərbaycan!" şeirini səsləndirib. Bu şeiri ilə bütün alimlərin diqqətini çəkmiş, onlardan çox xoş sözlər eşitmiş və diplomla təltif olunmuşdu. 2019-cu ildən televiziya kanallarında çıxışlar edib. "LİDER"TV-də yayımlanan Namiq Fərhadoğlunun layihə rəhbəri olduğu "SƏNİN ULDUZUN-9" televiziya yarışmasının qalibi olub. Daim Türkçülük yolunda addımladığına, Turan sevdalısı olduğuna görə 2021-ci il yanvarın 20-i şair Ötərxan Eltac tərəfindən "Türkel" təxəllüsünə layiq görülüb. Bu təxəllüslə çıxış etdiyi dövrə qədər izləyiciləri tərəfindən Türk sevdalısı, Turan sevdalısı, Asena kimi çağırılıb.

Davud Tarverdiyev
Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR