Göygöl rayonunda 51 yaşlı kişi qudasını bıçaqlayaraq hadisə yerindən qaçıb.
Metbuat.az xəbər verir ki, rayonun Topalhəsənli kənd sakini, 1965-ci il təvəllüdlü Nemət Yusubov şəhər ərazisində fəaliyyət göstərən bazarların birində şəxsi münasibət zəmnində öz qudası, 1963-cü il təvəllüdlü Elxan Abdullayevə bir bıçaq zərbəsi ilə daxilə keçən bədən xəsarəti yetirib.
Daha sonra hadisə yerindən qaçan N. Yusubovun axtarışları davam etdirilir. E. Abdullayev isə xəstəxanaya yerləşdirilib.