Əhaliyə rəsmi xəbərdarlıq edildi: Yaxın günlərdə...

Kəskin istilər davam edir. Temperatur sabah bir qədər də yüksələcək. Hətta bəzi ərazilərdə havanın temperaturu 44 dərəcəyə qədər artacaq. Fövqəladə Hallar Nazirliyi sabahkı qızmar hava proqnozu ilə bağlı sakinlərə müraciət edib.

Sabah ölkə üzrə bəzi ərazilərdə temperatur 44 dərəcəyə qədər yüksələcək.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Abşeron yarımadasında havanın temperaturu gecə 24-28, gündüz 35-40 dərəcə isti olacaq. Bakıda isə gecə 25-27 dərəcə olan temperatur gündüz 36-38 dərəcəyə qədər artacaq. Xidmətin Hidrometeroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədovanın sözlərinə görə, bölgələrdə də eyni vəziyyət hökm sürəcək.

Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zaqulba çimərliklərində 26-27, Türkan, Hövsan, Sahil və Şıx çimərliklərində isə 27-28 dərəcə isti olacaq.

Sabaha proqnazlaşdırılan hava şəraitində vətəndaşların bəziləri evdən çıxmamağı, bəziləri isə müxtəlif saatlarda dənizə getməyi planlaşdırırlar.

İstilərlə bağlı vətəndaşlara müraciət edən Fövqaladə Hallar Nazirliyindən bildirilib ki, yüksək temperaturun yanğın təhlükəsini artırdığını nəzərə alaraq təhlükəsizlik qaydalarına ciddi əməl edilməlidir. Həmçinin, günvurma təhlükəsindən qorunmaq üçün belə günlərdə açıq havada, o cümlədən çimərliklərdə günəş şüaları altında çox qalmaq olmaz. Bundan əlavə, açıq rəngli, yüngül, xüsusilə pambıq parçadan olan geyimlərdən istifadə etmək, daha çox kölgədə və ya sərin yerdə qalmaq və bol maye qəbul etmək tövsiyə olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR