Sürücülərin NƏZƏRİNƏ! Bunu etməsəz xərcə düşə bilərsiz -

Anormal istilər həm də nəqliyyat vasitələrinə ciddi təsir edir. Bakıda istinin təsirindən avtomobillərdən birinin həm rəngi, həm də faraları yararsız hala düşür. Ustalar xüsusilə bu günlərdə avtomobil sahiblərinə diqqətli olmağı tövsiyə edirlər. Avtomobili günəşdən qorumaq üçün nələrə əməl etmək lazımdır?.

Rəngi solub, faraları yararsız hala düşüb.

Havanın normadan artıq isti keçməsi günəş altında uzun müddət dayanan avtomobillərə xeyli ziyan vurur. Hətta anormal istilər nəqliyyat vasitələrinin yanmasına belə səbəb ola bilir.

Usta Sahil Ağabəyli deyir ki, 10-15 gün avtomobili günəş altında saxlamaq ciddi fəsadlara belə yol açır. Buna görə də bu günlərdə sürücülər diqqətli olmalıdırlar.

Günəş altında park edilən avtomobilin tək yanacaq çənində yox, digər hissələrində də ciddi fəsad törədir. Usta deyir ki, uzun müddət birbaşa günəş şüalarına məruz qalan avtomobilə təxminən 2-3 min manat civarında ziyan dəyir. Ziyan əsasən avtomobilin boyasına və salonuna dəyir.

Sahil Ağabəyli sürücülərə mümkün qədər avtomobili gün düşməyən yerdə saxlamağı tövsiyə edir. Əgər buna şərait yoxdursa, avtomobilin salonunu qorumaq üçün xüsusi günlüklərdən istifadə olunmalıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR