Azərbaycanda toy yasa döndü:

Övladlarının şad gününü qeyd etməyə hazırlaşan ailə yasa boğulub.ismayıllı rayonunda toyda düşən dava faciə ilə nəticələnib..toya çağrılmayan qonaq əvvəlcə bəyi bıçaqlayıb, sonra bəyin qardaşına müxtəlif dərəcəli bıçaq zərbələri endirib. Bunu görən bəyin atası isə dünyasını dəyişib..

Toyda bəy və qardaşı bıçaqlanıb. Uşaqlarının bıçaqlandığını görən ata isə dünyasını dəyişib.

Hadisə İsmayıllı şəhəri Ağasəf Aslanov küçəsi, dalan 1, ev 2 ünvanında yaşayan 1961-ci il təvəllüdlü Səfəralıyev Nəriman Tahir oğlu övladı 1993-cü il təvəllüdlü Tahirli Abuzər Nəriman oğlu üçün "Gülüstan" şadlıq sarayında toy mərasimi təşkil edərkən qonaqlar arasında dava düşüb.

Toydan sonra onların davası, mərasim sahibinin evində davam edib. Onları sakitləşdirmək istəyən bəy Abuzər Tahirli və onun qardaşı, 1993-cü il təvəllüdlü Tahirli İlkin Nəriman oğlu toy mərasiminə dəvət olunmayan kənar şəxs, rayon sakini 1996-ci il təvəllüdlü Ağayev Hafiz Telman oğlu tərəfindən bıçaqlanıb.

Kürək, sol qoltuq və sağ bazu nahiyyəsindən bıçaq xəsarəti alan qardaşlar təcili olaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Övladlarının bıçaqlandığını görən bəyin atası Nəriman Səfəralıyev ürək tutması səbəbindən dünyasını dəyişib.

Hadisəni törədən Hafiz Ağayev qaçaraq gizlənib. Rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları onun tapılması üçün əməliyyat-axtarış tədbirləri həyata keçiriblər.Sonradan həmin şəxsin tutulduğu bildirilib

Baş verən hadisə ilə bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi açılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR