Tükürpədici olay -

Şəmkirdə bir evdən 25 min manat dəyərində qızıl zinət əşyaları oğurlayan şəxslər tutulub. Oğurluq edən şəxslər maddi sübutlar ilə birlikdə saxlanaraq istintaqa təhvil verilib. Rayon polis şöbəsindən bildirlib ki, oğurluq olan ev şəhid ailəsinə məxsus olub.

Şəhid ailəsinin evindən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Rayon Polis Şöbəsinə rayon ərazisindəkin mənzillərin birindən naməlum şəxs və ya şəxslərin oğurluq etməsi barədə məlumat daxil olub. Məlumat ilə əlaqədar polis əməkdaşları dərhal hadisə yerinə gələrək müəyyən araşdırmalar həyata keçirilib.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, rayon sakinləri Eltəkin Nağıyev və Həsrət Rüstəmov iyul ayının 14-dən 15-nə keçən gecə qonşuluqdakı şəhid ailəsinə məxsus fərdi yaşayış evinə daxil olaraq oradan ümumi dəyəri 25 min manat olan qızıl-zinət əşyalarını oğurlayıblar.

Şübhəli şəxslər maddi sübutlar ilə birlikdə saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR