Qarabağda döyüşən xarici vətəndaşa hökm oxundu -

Bu gün Ermənistan tərəfindən Qarabağda qanunsuz silahlı birləşmələrin tərkibinə cəlb olunmuş Rusiya vətəndaşının cinayət işi üzrə məhkəmə prosesi olub. Prosesdə hakim Rusiya vətəndaşı olan muzdluya höküm oxuyub. Bakı Ağır Cinayətlər Məhkəməsində həmçinin erməni terrorçu silahlı birləşmənin daha 13 üzvünün də məhkəməsi olub.

Ermənistan tərəfindən Qarabağda qanunsuz silahlı birləşmələrin tərkibinə cəlb olunmuş Rusiya vətəndaşına höküm oxunub.

Dubakov Eduard Sergeyeviç barəsində olan cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilib. Eduard Dubakov son söz deyib. O, özünü təqsirli bilmədiyini və məhkəmənin ədalətinə inandığını deyib. Prokuror çıxış edərək Eduard Dubakovun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmə hökm qəbul etmək üçün müşavirəyə yollanıb.

Müşavirədən qayıtdıqdan sonra hakim Samir Əliyev Ermənistan tərəfindən Qarabağda qanunsuz silahlı birləşmələrin tərkibin döyüşən Eduard Dubakov barəsində hökümü oxuyub.

Qeyd edək ki, hökmdə o da qeyd edilib ki, Eduard Dubakov cəzası başa çatandan sonra Azərbaycan hüdudlarından məcburi çıxarılmalıdır. İttihama görə, Edurard Dubakov Azərbaycanın işğalda olan torpaqlarına qanunsuz səfər edərək Kəlbəcər rayonu ərazisində hərbi təlimlərdə iştirak edib. Daha sonra bu il yanvarın 14-də terror-təxribat törətmək məqsədilə Türkiyədən Bakıya gəlib.Keçirilən əməliyyat nəticəsində Eduard Dubakov saxlanıb.

Bu gün həmçinin Erməni terrorçu silahli birləşmənin daha 13 üzvünün məhkəməsi olub. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılov sədrliyi ilə keçirilən prosesdə iş üzrə olan sənədlər tədqiq edilib. Prokuror təqsirləndirilən şəxslərin 7 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Məhkəmədə təqsirləndirilən şəxslər son söz deyərək bəraət hökmünün çıxarılmasını istəyiblər. Hakimlər hökm qəbul etmək üçün müşavirəyə yollanıblar. Hökmə əsasən, təqsirləndirilən şəxslərin hər biri 6 il müddətinə azadlıqdan məhrum edilib.Onlar cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.

Hökmdə həmçinin qeyd edilib ki, təqsirləndirilən şəxslər cəzalarını çəkib başa çatdırdıqdan sonra Azərbaycan hüdudlarından çıxarılmalıdır.Qeyd edək ki,həmin şəxslər ötən ilin 13 dekabr tarixində keçirilən anti-terror əməliyyatı zamanı hadruq qəsəbəsində saxlanılmışdılar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR