Bakıda mağazada oğurluq anbaan kameraya düşdü -

Yeni Günəşli qəsəbəsində yerləşən marketdə oğurluq hadisəsi baş verib. Satıcının yatdığını görən şəxs kassadan 500 manata yaxın pulu götürərək qaçıb. Hadisənin görüntüləri anbaan kameraların yaddaşına düşüb.

Satıcı yuxuya gedib, bunu fürsət bilən oğru kassadan 500 manata yaxın pul oğurlayıb.

Dünən səhər saatlarında Yeni Günəşli qəsəbəsi, Telnov küçəsi 23 ünvanında yerləşən marketdə oğurluq hadisəsi baş verib. Satıcı Adıgözəl Əliyevin sözlərinə görə, gecə növbəsi işlədiyi üçün saat 8-ə işləmiş müştərini yola saldıqdan sonra yuxuya gedib. Bu zaman bir minik avtomobili marketə yaxınlaşıb. Kameralar vasitəsilə çəkilən görüntülərə əsasən, avtomobildə 2 nəfər olub. Biri avtomobildən düşərək marketə daxil olub.

Adıgözəl Əliyev bildirib ki, hadisədən öncə həmin avtomobilin ərazidən tez-tez keçdiyini görənlər olub. Lakin avtomobilin kimin tərəfindən idarə olunduğunu bilən yoxdur. Dükan sahibi məsələ ilə bağlı Suraxanı rayon polis idarəsinin 32-ci polis şöbəsinə müraciət edib.

32-ci polis bölməsindən XəzərXəbər-ə bildirildi ki, faktla bağlı araşdırma davam edir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR