Sumqayıtda tükürpədici HADİSƏ:

Daha bir uşaq küçəyə atıldı. Sumqayıt şəhər sakini Günel Novruzova 6 aylıq oğlunu nənəsinin yaşadığı ünvana gətirərək orada qoyub qaçıb. Uşağın 70 yaşlı nənəsi deyib ki, həmin körpəyə baxmaq imkanı olmadığına görə aidiyyatı qurumlara təhvil verib. Onun sözlərinə görə qızı illərdir evdən çıxıb və bir daha geri qayıtmayıb. Xəstəxanaya yerləşdirilən uşağın səhhəti normaldır.

Ana 6 aylıq körpəsini küçəyə atdı

Hadisə Sumqayıtda Corat bağlar yaşayış massivində baş verib.

Araşdırma zamanı məlum olub ki, Sumqayıt şəhər sakini Günel Novruzova 6 aylıq oğlunu Nənəsinin yaşadığı ünvana gətirərək orada qoyub qaçıb. Uşağın nənəsi Rəbiyyə Novruzova deyir ki, qızı illərdir evdən çıxıb və bir daha geri qayıtmayıb. Hazırda həmin körpəyə baxmaq imkanı olmadığına görə aidiyyatı qrumlara təhvil verib.

6 aylıq körpə oğlan uşağı Sumqayıt şəhər Təcili Tibbi Yardım stansiyasının həkimləri tərəfindən xəstəxana yerləşdirilib.

Qonşular hələdə hadisənin şokundan çıxmadıqlarını deyirlər.

Məsələ bağlı aidiyyatı qrumlara məlumat verilib. Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR