Alpinistlərin xatirəsinə quraşdırılan bürünc lövhə oğurlanıb? -

Qar uçqununda həlak olmuş alpinistlər - Namin Bünyatov, Fəridə Cəbrayılzadə və Babur Hüseynovun xatirəsinə quraşdırılmış lövhə tapılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov “Qafqazinfo”ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, sosial şəbəkələrdə lövhənin oğurlanması ilə bağlı məlumat yayıldıqdan sonra məsələ barədə Qusar RPŞ tərəfindən dərhal həmin ərazidə araşdırma aparılıb və bürünc lövhə Qusar rayonu Tufandağın ətəyindəki Mahmuddərə ərazisindən tapılıb. Ehtimal olunur ki, lövhənin quraşdırıldığı yerdən itməsinə qış aylarında olan qar uçqunları və ya sel səbəb olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR