Erməni casuslar məhkəmədə ŞOK FAKTLARI AÇIQLADI -

Casusluqda ittiham edilən daha iki erməninin məhkəməsi keçirilib. İttiham aktı elan olunan məhkəmədə, təqsirləndirilən şəxslər ifadə veriblər. Hakim bildirib ki, təqsirləndirilən şəxslərə verilən ittihamlar məhkəmə istintaqında sübuta yetirilərsə onlar 15 ilə qədər azadlıqdan məhrum edilə bilərlər. Qeyd edək ki, təqsirləndirilən şəxslər qabacaqdan əlbir olaraq qrup şəklində Azərbaycan sərhədlərini qanunsuz keçərək hərbi məlumatlar toplayıb və Ermənistanın xüsusi xidmət orqanlarına ötürərək casusluq ediblər.

Casusluqda ittiham olunan ermənilərin məhkəməsində ittiham aktı elan edilib.

Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviçin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. İttihama görə, təqsirləndirilən şəxslər qabacaqdan əlbir olaraq qrup şəklində Azərbaycan sərhədlərini qanunsuz keçərək hərbi məlumatlar toplayıb və Ermənistanın xüsusi xidmət orqanlarına ötürərək casusluq ediblər.

Belə ki, təqsirləndirilən şəxslər 2019-cu ildə Ermənistan xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb olunublar. Onlar 2020-ci il sentyabr ayında Davit Davtyanla birlikdə Sünikdən Gorusa, oradan da Azərbaycan ərazisinə daxil olublar. Həmin ərazidə ermənilərdən ibarət qanunsuz silahlı birləşmələrin tərkibinə daxil olaraq, qanunsuz silah-sursat əldə ediblər. Daha sonra döyüş əməliyyatları gedən ərazilərdə Azərbaycan ordusunun yerləşdiyi mövqeləri, say tərkibi və s. məlumatları toplayaraq Ermənsitan xüsusi xidmət orqanlarına ötürülüblər. Ötən ilin noyabrın 11-də təqsirləndirilən şəxslər Laçın dəhlizi ilə Şuşa şəhərinə gələn zaman Azərbaycan Silahlı Qüvvələrin əməkdaşları tərəfindən saxlanıblar.

Hakim bildirib ki, təqsirləndirilən şəxslərə verilən ittihamlar məhkəmə istintaqında sübuta yetirilərsə onlar 15 ilə qədər azadlıqdan məhrum edilə bilərlər. Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviç ittiham üzrə özlərini qismən təqsirli biliblər. Deyiblər ki, yalnız Azərbaycan dövlət sərhədini qanunsuz keçdikləri üçün özlərini təqsirli bilirlər. Gevorg Sujyan istintaqda ifadəsində deyib ki, sentyabrın 29-da Davit Davtyanla birlikdə görüşərək Qarabağa yollanıblar.

Təqsirləndirilən Gevorg Sujyan istintaqda qeyd edib ki, İrəvana qayıdıb. 10 noyabr bəyannaməsindən sonra Artak ona zəng edərək kafeyə çağırıb. Onlara belə bir təlimat verilib ki, Şuşada Azərbaycan Ordusunun nə qədər hərbçisinin olmasını, texnikaların sayını və s. öyrənib dəqiq məlumatlar əldə etsinlər.

Daha sonra Davit Davtyan bildirib ki, 2011-ci ildə Hadrutda yerləşən hərbi hissədə əsgərlikdə olub. Təqsirləndirilən şəxslərin ifadələri dinlənildikdən sonra məhkəmə prosesinin iyulun 28-də davam etdiriləcəyi elan olundu.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR