Yoluxma sayı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 468 yeni yoluxma faktı qeydə alınıb, 123 nəfər müalicə olunaraq sağalıb.Nazirlər Kabineti yanında

Operativ Qərargahdan Metbuat.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 341 183 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 332 259 nəfər müalicə olunaraq sağalıb, 5 011 nəfər vəfat edib, aktiv xəstə sayı 3 913 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 992 592, ötən müddət ərzində isə ümumilikdə 11 895 test aparılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR