"Eurovision 2011″in qalibi Nigar Camal futbolçu qızı Jasminlə yeni videosunu sosial şəbəkədəki səhifəsində paylaşıb.
Metbuat.az-ın məlumatına görə, ifaçı paylaşımına "Bir az idman etdik, bir az da əyləndik", - şərhini qeyd edib.
Qeyd edək ki, N.Camalın açıqlamasında bildirib ki, qızı peşəkar futbolçudur:
"İngiltərədə hər məktəbdə belə dərslər keçilir. Amma qızım məktəbdə deyil, peşəkar komanda ilə çalışır. Burada hamı futbolun dəlisidir. "Çelsi" klubunda oynamaq istəyir".