Şəmkirdə DƏHŞƏTLİ QƏTL:

Şəmkir sakini dayısını bıçaqlayaraq öldürüb. Onun bıçaq zərbələri ilə ağır yaralanan şəxs xəstəxanaya çatdırılsa da, həkimlərin onu xilas etmək cəhdləri nəticə verməyib. Daha bir qətl hadisəsi isə bərdədə qeydə alınıb. Həmkəndlilər arasında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə qanla bitib.

Şəmkirdə qətl törədilib. Bacıoğlu dayısını bıçaqla qətlə yetirib. Hadisə rayonun Səməd Vurğun küçəsində qeydə alınıb.

32 yaşlı Turan Əzizov dayısı, 51 yaşlı Nizami Böyükkişiyevə çoxsaylı bıçaq zərbələri endirib. Onların arasında mübahisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir..

Şahidlərin sözlərinə görə, hadisə zamanı Turan sərxoş olub, dayısı isə onu davranışlarına görə danlayıb və o da bunu qəbul etməyib.

Nizami Böyükkişiyev dərhal əraziyə gələn Təcili Tibbi Yardım maşını ilə xəstəxanaya yerləşdirilib. Ancaq həkimlərin müdaxiləsinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. Hadisəni törədən Turan Əzizov Şəmkir rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanıb.

Bərdə sakini isə həmkəndlisini qətlə yetirib. Rayonun Dəymədağıldı kənd sakini, 35 yaşlı Elçin Mehdiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan ilkin araşdırmalarla zərərçəkmişin həmkəndlisi, 30 yaşlı Asəf Cabbarovun yaşadığı evin həyətində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı dəmir küt alət və bıçaqla Elçin Mehdiyevə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Asəf Cabbarov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hər iki faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR