Ölkədə qanuni əsaslarla olan və yaşayan

Hazırda ölkədə qanuni əsaslarla olan və yaşayan əcnəbilərin sayı 127 min 183 nəfərdir.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin hesabatında qeyd olunub.

Məlumata görə, bu ilin I yarımili üzrə əlavə müraciət olmadan ölkədə yaşaması leqallaşdırılmış əcnəbilərin sayı isə 12 min 813 nəfər olub.

Onlardan 6840-ı Rusiya Federasiyası, 1704-ü Gürcüstan, 1954-ü Türkiyə, 336-sı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, 318-i Ukrayna, 1661 nəfəri isə digər ölkələrdən gələn əcnəbilərdir.

Həmçinin, müvəqqəti olma müddətinin uzadılması və iş/yaşama icazələri ilə bağlı elektron müraciətlərin sayında da azalma müşahidə olunub. Belə ki, cari ilin ilk 6 ayında 3237 nəfər bu xidmət üçün müraciət edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz azalma deməkdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR