Daha 2 erməni hərbçinin meyitinin qalıqları aşkar olundu

İşğaldan azad olunmuş Füzuli rayonunda daha 2 erməni hərbçisinin qalıqları aşkar olunub.

Metbuat.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Hərbçilərin şəxsiyyəti Ermənistanda keçiriləcək məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşəcək.

Qeyd edək ki, bununla da işğaldan azad olunmuş ərazilərdə aparılan axtarış əməliyyatları zamanı ümumilikdə 1 618 erməni hərbçisinin cəsədi və ya qalıqları tapılaraq Ermənistan tərəfinə təhvil verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR