Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 84247 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Metbuat.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 46638, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37609 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4798286, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2777752, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2020534 təşkil edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR