Metroda gediş haqqı artırılır? -

“Bakı Metropoliteni”ndə gediş haqqının artırılması ilə bağlı Tarif (qiymət) Şurasına müraciət olunmayıb”.

Metbuat.az xəbər verir ki, bu barədə Tarif Şurasından Modern.az-a bildirilib.

Məlumatda qeyd edilib ki, hazırda bu məsələnin müzakirəsi gündəmdə deyil.

Xatırladaq ki, Bakı metrosunda gediş haqqının artırılacağı barədə məlumatlar yayılıb. Bununla bağlı Tarif (qiymət) Şurasına müraciət olunduğu iddia edilir.

Hazırda metroda gediş haqqı 30 qəpikdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR