DİQQƏT! Sürücülük hüququndan məhrum edilə bilərsiniz! -

Gəncə və Masallıda yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürüclər saxlanıb. Onlar həm özlərinin, həm də digər şəxslərin həyatını təhlükə altına atıblar. Və buna uyğun da cəzalandırılıblar. Polis tərəfindən saxlanılan sürücülər sürücülük hüququndan məhrum ediliblər

Toy karvanında sıra ilə gedən maşınlara manə olur.Hətta bu azmış kimi qəza şəraitidə yaradır.

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində toy karvanında avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların narazılığına səbəb olan sürücünü saxlayıb. Şəhər sakini Mirmöhsüm Abdullayev idarə etdiyi avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyi və həmin hərəkətləri sosial şəbəkələrdə paylaşması məlum olub.

Həmin şəxs barəsində polis əməkdaşları inzibati qaydada protokollar tərtib edərək baxılması üçün məhkəməyə göndərib. Məhkəmənin qərarı ilə 1 il sürücülük hüququndan məhrum olan Mirmöhsüm Abdullayev 500 manat miqdarında cərimədə edilib.

Masallıda isə gecə saatlarında avtoxuliqanlıq edən şəxs həbs edilib.

Masallı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə gecə saatlarında şəhər ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq cəmiyyətə qarşı açıq hörmətsizlik edən, eləcə də piyadalara və yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan sürücü saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Belə ki, polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra həmin sürücünün Neftçala rayon sakini Səxavət Kərimov olduğu müəyyən edilib. Tanışına məxsus "avtomobillə avtoxuliqanlıq hərəkətləri edən şəxs barəsində protokol tərtib olunaraq baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilib.

Səxavət Kərimov sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 15 gün müddətində inzibati qaydada həbs edilib.(xəzərxəbər)



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR