"Bakı Metropoliteni"ndən YENİLİK -

Metroda havalandırmanın təşkili mühüm amillərdən biridir. Yeraltı nəqliyyat vasitəsindən gün ərzində minlərlə insanın istifadə edir. Metroda ventilyasiya sistemi güclü texniki göstəricilərə malik olmalıdır. Bu məqsədlə bakı metrosunda dünya standartlarına cavab verən yeni ventilyatorlar quraşdırılır. Rusiyanın Ventporm şirkətindən alınan avadanlıqlar əvvəlkilərdən bir çox xüsusiyyəti ilə fərqlənir.

Metroda havalandırma sistemlərinin yenilənməsi davam etdirilir. Sərnişinlərin rahat daşınması üçün istismar müddətini başa vuran tunel və stansiya ventilyatorları yenisi ilə əvəzə olunur.

Bakı Metropoliteni Qapalı Səhimdar Cəmiyyətinin elektirk-mexanik xidmətinin rəisi Nüsrət Abdullayev bildirdi ki, hazırda metronun stansiya və tunellərində 121 ədəd işlək vəziyyətdə olan ventilyator var. Onun sözlərinə görə, yeni alınan ventilyatorlar texniki göstəricilərinə görə dünya standartlarının ən yüksək tələblərinə cavab verir. Yeni avadanlıqlar vasitəsi ilə eyni vaxtda tuneli 2-3 dəfə artıq təmiz hava kütləsi ilə təmin etmək mümkün olur.

Nüsrət Abdullayev vurğuladı ki, istifadəyə verilmiş yeni ventilyatorlar metronun stansiya və tunellərində mikroiqlimin daha da yaxşılaşdırılmasına imkan verir. Avadanlıqların iş rejimini 20-30 saniyə axından sovurmaya və əksinə dəyişmək mümkündür. Bu isə təhlükəsziliyin artırılması, fövqəladə hallarda bir rejimdən digərinə daha çevik keçid baxımından böyük əhəmiyyət kəsb edir. Metronun Qara Qarayev stansiyasında mühüm yeniliklərdən biri də təbii havalandırma sistemi ilə bağlıdır.

Qeyd edək ki, İçərişəhər stansiyasında isə çiller-fankoyl havalandırma sistemi yenilənib. Çiller soyudulan suyun fankoyla-havalandirma sisteminə ötürülməsi ilə atmosferdən daxil olan havanin temperatrunu dəyişir.(xəzərxəbər)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR