AZAL məlumat yaydı: Zəngəzur üzərində hava dəhlizi hələlik mövcud deyil

Zəngəzur üzərində hava dəhlizi hələlik mövcud deyil və aviaşirkətlər tərəfindən istifadə olunmur.

Metbuat.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb. Məlumatda bildirilir:

"Bir sıra kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Azərbaycanın milli aviadaşıyıcısı tərəfindən Bakı-Naxçıvan istiqamətində uçuş zamanı Zəngəzur üzərindəki hava məkanından istifadə olunması barədə yanlış məlumat yayılıb.

“Azərbaycan Hava Yolları” rəsmi olaraq məlumat verir ki, Zəngəzur üzərində hava dəhlizi hələlik mövcud deyil və aviaşirkətlər tərəfindən istifadə olunmur.

AZAL kütləvi informasiya vasitələrini təsdiqlənməmiş informasiyaya etibar etməməyə və yalnız rəsmi mənbələrə müraciət etməyə çağırır.

“Azərbaycan Hava Yolları” bu təxribatçı hərəkətlərin, yəni qəsdən yalan məlumatların yayılmasının araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət etmək hüququnu özündə saxlayır".



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR