Nazirlər Kabinetindən karantin rejimi ilə bağlı YENİ QƏRAR:

Nazirlər Kabineti “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda dəyişiklik edib.

Metbuat.az xəbər verir ki, qərara əsasən, 2021-ci il 5 avqust tarixindən hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına müvafiq tələblər nəzərə alınmaqla icazə verilir:

- Almaniya Federativ Respublikası;

- Avstriya Respublikası;

- Belçika Krallığı;

- Çexiya Respublikası;

- Danimarka Krallığı;

- İrlandiya Respublikası;

- İspaniya Krallığı;

- İsveç Krallığı;

- İsveçrə Konfederasiyası;

- Kanada;

- Lüksemburq Böyük Hersoqluğ

- Malta Respublikası;

- Niderland Krallığı;

- Polşa Respublikası;

- Portuqaliya Respublikası;

- Serbiya Respublikası;

- Sinqapur Respublikası;

- Sloveniya Respublikası;

- Slovakiya Respublikası;

- Yunanıstan Respublikası.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR