İntizam komissiyası polisi döyən deputatla bağlı rəyi yekdilliklə qəbul edib

Milli Məclisin İntizam komissiyasının bu gün keçirilən iclasında deputat Eldəniz Səlimov çıxış edib.

Metbuat.az Report-a istinadən xəbər verir ki, toplantıda deputat etdiyi əməli etiraf edərək həmkarlarından üzr istəyib.

E.Səlimov toplantıda çıxışı zamanı uzun müddət Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olduğunu və dövlətə xidmət etdiyini qeyd edib.

Sonda komissiya üzvlərinin hamısı (11 nəfər) Baş prokuror Kamran Əliyevin “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” parlamentə göndərdiyi təqdimatın lehinə səs veriblər. Bununla da komissiya deputat E.Səlimovun toxunulmazlığına xitam verilməsi barədə rəy qəbul edib.

Məsələ müzakirələrdən sonra parlamentin sabah - avqustun 3-də keçiriləcək plenar iclasına tövsiyə olunub.

Milli Məclisin İntizam komissiyasının tərkibi aşağıdakı kimidir:

1. İbrahimov Eldar Rza oğlu - sədr;

2. Ağamalı Fəzail Rəhim oğlu - sədr müavini;

3. Həsənov Nurlan Urfan oğlu - katib;

4. İbrahimqızı Məlahət İbrahim qızı;

5. Həsənova Afət Əbil qızı;

6. Məhəməliyev Nəsib Məhəmməd oğlu;

7. Məmmədov Hikmət Baba oğlu;

8. Məmmədov Məşhur Şahbaz oğlu;

9. Möhbalıyev Səttar Suliddin oğlu;

10. Musayev Madər Əliəsgər oğlu;

11. Səfərov Nizami Abdulla oğlu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR