Polisi döyən deputatla bağlı YEKUN

Milli Məclisin deputatı Eldəniz Səlimovun toxunulmazlığına xitam verilib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, bu barədə qərar Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında qəbul edilib.

İclasda “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” məsələ müzakirə olunub.

Müzakirələrdən sonra məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Bununla da Milli Məclisin növbədənkənar sessiyası işini yekunlaşdırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR