Şimali Makedoniya hökuməti müxtəlif bölgələrdə baş verən meşə yanğınlar səbəbindən ölkə daxilində 30 günlük "böhran vəziyyəti" elan edib.
Metbuat.az xarici KİV-nə istinadən xəbər verir ki, 4 bölgədə - Manastır, Strumitsa, Kumanova, Ştipdə aktiv yanğınlar var. Hazırda yanğının söndürülməsi üçün ciddi tədbirlər görülür.
Ölkədə baş verən yanğınlarda 1 nəfər ölüb, 1 nəfər yaralanıb.