Sabaha olan hava proqnozu

Avqustun 7-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Metbuat.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 24-27° isti, gündüz 34-39°, bəzi yerlərdə 40° isti, Bakıda gecə 25-27° isti, gündüz 37-39° isti olacaq.

Atmosfer təzyiqi757 mmcivə sütunu təşkil edəcək, nisbi rütubət60-65 %, gündüz 25-30 % olacaq.

Abşeron çimərliklərində gözlənilənhava şəraitə gəldikdə isə şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu şimal çimərliklərində 26-27° isti, cənub çimərliklərində 27-28° isti olacaq.

Tibbi-meteroloji proqnoz:

7 avqust tarixində Abşeron yarımadasında isti hava şəraiti fonunda zəif küləklərin üstünlüyü və günün bəzi saatlarında havada yaranan durğunluq meteohəssas insanlar üçün əlverişsizdir.

Rayonlarımızda gözlənilən hava şəriti:

Sabah əsasən yağmursuz hava şəraiti gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26°isti, gündüz 36-41°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 15-20° isti, gündüz25-30° isti olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR