İcra başçısından yeni

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov yeni kadr təyinatları ilə bağlı sərəncamlar imzalayıb.

Metbuat.az xəbər verir ki, müvafiq sərəncamla Azər Cəfərli başçının birinci müavini təyin edilib.

Bu günədək başçının birinci müavini olan Xanlar Məmmədov İcra Aparatında Ərazi idarəetmə orqanları ilə iş şöbəsinə müdir təyin olunub.

Qeyd edək ki, başçının özünə yeni müavin təyin etdiyi A. Cəfərli bu təyinatadək Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar liseyində direktor müavini vəzifəsində çalışıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR