Cəlilabad rayonunda avtomobil qəzası baş verib.

Metbuat.az qafqazinfoya istinadən xəbər verir ki, hadisə Bakı-Astara magistralının rayonun Göytəpə şəhərindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, toy karvanında baş verən qəza zamanı bəy-gəlin maşını idarəetmədən çıxaraq, yol kənarındakı maneəyə çırpılıb.

Bunun nəticəsində xəsarət alanan gəlin Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Toy karvanında qəza, gəlin xəsarət aldı