x
Loading...
.

Göyçayda toy təşkilatçıları CƏRİMƏLƏNDİ

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən yoxlamalar zamanı fərdi evlərdə təşkil edilən toy mərasimlərində karantin qaydalarının pozulduğu aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Metbuat.az-a verilən məlumata görə, rayonun İnçə, Ləkçıplaq, Kürdəmiş və Bığır kəndləri ərazisində yerləşən fərdi yaşayış evlərinin həyətyanı sahələrində keçirilən toy məclislərində 50 nəfərdən artıq qonağın iştirak etdiyi müəyyən olunub.

Karantin qaydalarını pozan toy sahibləri Qənimət Cavadova, Əlikram Həmidov, Firiddun Kərimov, Məhəmməd Məmmədov və Aydın Qədirov barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) maddəsi ilə protokol tərtib olunaraq cərimələniblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR