I və IV qruplar üzrə yüksək bal toplayanların sayı açıqlanıb

I və IV ixtisas qrupları üzrə 27-28 iyulda keçirilən qəbul imtahanlarında I ixtisas qrupu üzrə 11 nəfər ən yüksək nəticə toplayıb.

Metbuat.az xəbər verir ki, Qubadlı rayonu, Çaytumas kənd orta məktəbi, Bakı şəhəri 217 və 297 saylı orta məktəblər, Sumqayıt şəhəri, 11 saylı orta məktəb (2 nəfər), Sumqayıt şəhəri, “İstedad” liseyi (humanitar və təbiət-riyaziyyat təmayüllü), Şəki rayonu, 18 saylı şəhər orta məktəbi, Quba rayonu, Bağbanlı kənd orta məktəbi, Abşeron rayonu, Xırdalan şəhər 2 saylı orta məktəbi, Şirvan şəhəri, 1 saylı şəhər orta məktəbi, Qazax rayonu,1 saylı şəhər orta məktəbin məzunları göstəriblər.

Sumqayıt şəhəri, 11 saylı orta məktəbin məzunu hər iki mərhələnin cəminə görə 697.1 bal toplayıb və bu nəticə II ixtisas qrupu üzrə ən yüksək baldır.

Bu imtahanda IV ixtisas qrupu üzrə ən yüksək nəticəni isə 400 bal toplayan 2 nəfər – Cəbrayıl rayonu, Sirik kənd orta məktəbi və Quba rayonu, Rustov kənd orta məktəbinin məzunları göstəriblər.

Cəbrayıl rayonu, Sirik kənd orta məktəbinin (Ə.Veysəlov adına) məzunu hər iki mərhələnin cəminə görə 692.5 bal toplayıb və bu nəticə IV ixtisas qrupu üzrə ən yüksək baldır.

bundan başqa, I və IV ixtisas qrupları üzrə iyulun 27-28-də keçirilən qəbul imtahanlarında iştirak edən abituriyentlərdən 26 nəfəri qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib. İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 33610 abituriyentdən (I qrup üzrə 28605 nəfər, IV qrup üzrə 5005 nəfər) 1878 nəfəri (I qrup üzrə 1696 nəfər, IV qrup üzrə 182 nəfər) imtahanda iştirak etməyib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)