Ana ilə iki uşağını maşın vurdu - Dəhşətli qəza anbaan kameraya düşdü -

İşıqforda yolu keçməyə çalışan ana və iki uşağını maşın vurub.

Metbuat.az “avtosfer.az”a istinadən xəbər verir ki, müşahidə kamerasına düşən hadisənin Bərdə şəhərində baş verdiyi güman edilir.

Ana bir uşağını qucağında saxlayıb, digərinin isə əlindən tutaraq piyada zolağıyla yolu keçməyə çalışıb. Bu zaman işıqforun yaşıl işığı hələ yanıb sönərək son 3 saniyəni göstərib.

Elə buna görə də tələsik işıqforu keçməyə çalışan "Lada Priora" markalı avtomobilin “kor” sürücüsü ana ilə balalarını vurub.

Böyük uşaq yaxınlaşan avtomobili görüb qaçmağa çalışaraq qəzadan yüngül xəsarətlərlə qurtula bilib. Lakin qucağındakı körpə ilə birgə havaya qalxan ana yerə çırpılıb.

İlkin versiyalara görə, ana yerindəcə dünyasını dəyişib.

İşıqforun yanıb-sönən işığı, deyəsən, bəzi sürücülərə “yavaşla, indi qırmızı yanacaq” mesajı əvəzinə “qaza bas, tez ol, qırmızı yanacaq” anlamını verir. Ona görə də bu cür sürücülərə ən ağır cəzalar verilməlidir. Onların qəlbi, beyni, ruhu kar, kor, laldır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR