Karantin qaydalarını pozan toy sahibi cərimələnib

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Cəyirli kəndi ərazisində yerləşən, Rövşən Rzayevə məxsus fərdi yaşayış evində təşkil olunan toy mərasimində 50 nəfərdən artıq qonağın iştirak etdiyi aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Metbuat.az-a verilən məlumata görə, aşkarlanmış qayda pozuntuları ilə bağlı toy sahibi inzibati məsuliyyətə cəlb edilərək cərimələnib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR